“Jeep” kanala düşdü, sərnişin öldü

“Jeep” kanala düşdü, sərnişin öldü
  15 Fevral 2018    Oxunub:1653
Sabirabad rayonunda “Jeep” markalı maşın su kanalına düşüb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndində baş verib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Avtomobillə birlikdə kanala düşən sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlu həlak olub. Xilasedicilər onun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Sabirabat   Qəza  





Xəbər lenti