Ermənistan XİN ABŞ sanksiyaları barədə - Koçaryan "şərh edə bilmərəm" deyir

Ermənistan XİN ABŞ sanksiyaları barədə - Koçaryan "şərh edə bilmərəm" deyir
  15 Fevral 2018    Oxunub:2025
ABŞ-ın Ermənistana sanksiya tətbiq edə biləcəyinə dair xəbərlərə rəsmi İrəvan münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq çərçivəsində Ermənistana qarşı ABŞ sanksiyalarının tətbiqi təhlükəsi bir qədər şişirdilib. Koçaryan vurğulayıb ki, Ermənistan XİN buna baxmayaraq, bu məsələni nəzərə alacaq.
Koçaryan sözügedən sənədlə tanış olmadığın deyərək, bu səbəbdən sanksiyanı ətraflı şərh edə bilməyəcəyini söyləyib:

“Hər halda baş verən bütün prosesləri izləmək lazımdır. Təhlükə böyüdülüb, lakin bu, o anlama gəlmir ki, məsələni nəzərə almaq lazım deyil, bunu daima izləmək lazımdır”.

"Rusiya hərbi-sənaye şirkətlərinə qarşı sanksiyaların tətbiqi Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlığına təsir edə bilərmi" sualına isə Koçaryan belə cavab verib: "Gəlin, qabağa qaçmayaq. Biz vəziyyəti izləyirik və bizim təhlükəsizliyimizin təmin olunmasında əhəmiyyətli hissəni təşkil edən Rusiya ilə münasibətlərin saxlanılmasında maraqlıyıq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   XİN   Koçaryan   Sanksiya   ABŞ  





Xəbər lenti