Əfqanıstanda 28 mindən çox insan ölüb

Əfqanıstanda 28 mindən çox insan ölüb
  15 Fevral 2018    Oxunub:1105
Ötən il Əfqanıstanda silahlı münaqişələr nəticəsində 10 mindən çox mülki şəxs həlak olub və ya yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat BMT-nin Əfqanıstana yardım üzrə missiyasının məruzəsində öz əksini tapıb. Məruzəyə əsasən, silahlı toqquşmalar nəticəsində ölkədə 3438 nəfər ölüb, 7015 nəfər yaralanıb. Həlak olanların 359-u qadınlar, 861-i uşaqlardır.

Qeyd olunub ki, Əfqanıstanda 2009-cu ildən bəri davam edən münaqişə ümumilikdə 28 mindən çox dinc sakinin həyatına son qoyub, 52 mindən çox insan isə yaralanıb.

AzVision.az


Teqlər: BMT   Əfqanıstan  





Xəbər lenti