Ərdoğan-Tillerson görüşü 3 saat 15 dəqiqə çəkdi - Yenilənib

Ərdoğan-Tillerson görüşü 3 saat 15 dəqiqə çəkdi - Yenilənib
  16 Fevral 2018    Oxunub:4254
Ankarada səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Mətbuata qapalı keçirilən görüş 3 saat 15 dəqiqə davam edib. Danışıqların detalları hələlik ictimaiyyətə açıqlanmayıb.
Bəzi iddialara görə, görüşdə Afrin əməliyyatı, FETÖ məsələsi, o cümlədən ABŞ-ın PKK, PYD terrorçularını silahlandırmasına dair müzakirələr aparılıb.

Qeyd edilib ki, Tillerson Ərdoğanla görüşdən sonra Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.



***
(19:54)

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfərə edib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ankarada olan Tillerson əvvəlcə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə, sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək.

ABŞ dövlət katibinin kritik Türkiyə səfəri zamanı Afrin əməliyyatı və Birləşmiş Ştatların PKK terrorçularına dəstək verməsi ilə bağlı məsələlər müzakirə olunacaq.



AzVision.az


Teqlər: ABŞ   Tillerson   Türkiyə  





Xəbər lenti