Leyla Əliyeva uşaqları ziyarət etdi - FOTO YENİLƏNİB

Leyla Əliyeva uşaqları ziyarət etdi - FOTO YENİLƏNİB
  01 Oktyabr 2013    Oxunub:6905
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda internat məktəbi, körpələr və uşaq evlərində olub
Sentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olub.

Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla səmimi söhbət edib xatirə şəklləri çəkdiriblər.

Leyla Əliyeva və Arzu Əliyeva uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirib. Uşaqlar da öz növbəsində qonaqlara kiçik tamaşalar göstərib, onlar üçün rəqs ediblər.

Qalereya




Teqlər:  





Xəbər lenti