Milli Şuranın mitinqinin vaxtı dəyişdi

Milli Şuranın mitinqinin vaxtı dəyişdi
  01 Oktyabr 2013    Oxunub:1058
Meriya vaxtı dəyişdi.
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Bakıda seçicilərlə görüş-mitinqi oktyabrın 5-nə nəzərdə tutulur. Mitinq Komitəsi oktyabrın 6-da mitinq keçirmək istəyi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin meriya “digər namizədlərin müraciətləri” ilə əlaqədar aksiyanın oktyabrın 5-nə keçirilməsimi təklif edib.

Cəmil Həsənlinin seçki qərargahının üzvü Gözəl Bayramlı "Turan"a bildirib ki, Mitinq Komitəsi meriyanın cavabını müzakirə edir və çox güman ki, qəbul edəcək.

Təşkilatçıların mitinqlə bağlı xalqa müraciətində deyilir: “Azərbaycanda dəyişiklik istəyən, korrupsiyaya, əsgər ölümlərinə, Qarabağın işğalına, avtoritarizmə, qanunsuzluğa, məmur özbaşınalığına, evlərin qanunsuz sökülməsinə, ümumilikdə ölkədə ədalətsizliyə “bəsdir!” demək istəyən hər kəs mitinqə dəvət olunur”.

Xatırladaq ki, bu, Cəmil Həsənlinin seçki təşviqatı dövründə sonuncu - final mitinqi olmalıdır.


Teqlər:  





Xəbər lenti