Yazıçılar Birliyində iclas

Yazıçılar Birliyində iclas
  01 Oktyabr 2013    Oxunub:1055
Azərbaycan Yazıçılar Birliyi katibliyinin geniş iclası keçirilib
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibliyinin geniş iclası keçirilib.

AzVision.az xəbər verir ki, AYB-in mətbuat xidmətindən bildiriblər ki, iclasda oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.
Seçkilərin tam demokratik şəraitdə, şəffaflıqla keçiriləcəyinə ümid bəsləyən toplantı iştirakçıları siyasi debatların sivil şəkildə, etik normalar çərçivəsində keçirilməsinin vacibliyini vurğulanıb.
İştirakçıların ümumi qənaətinə görə, prezidentliyə iddiaçılar bir-birinə düşmən gözü ilə deyil, siyasi opponent kimi baxmalıdı. Siyasi müzakirələr və mübahisələr cəmiyyətdə amansız qarşıdurmaya səbəb olmamalıdır. Azərbaycan payızı heç vəchlə ərəb baharına çevrilə bilməz!


Teqlər:





Xəbər lenti