Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında çıxış edib
Nazir Elmar Məmmədyarov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edərək Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətindən söz açıb. O, TANAP layihəsinin bu il fəaliyyətə başlayacağı, TAP layihəsi üzrə işlərin isə qrafika uyğun olaraq uğurla davam etdiyini qeyd edib.
Habelə, nazir E.Məmmədyarov Bakıda 9 fevralda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilmiş IV nazirlər iclası və orada alınmış qərarlar barədə tədbir iştirakçılarına məlumat verib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Məmmədyarov XİN Almaniya Konfrans







Vaxtında, Aydın, Lazımlı!


