AŞPA-da Dağlıq Qarabağ deyişməsi

AŞPA-da Dağlıq Qarabağ deyişməsi
  01 Oktyabr 2013    Oxunub:1069
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının birinci iş günündə Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ənənəvi olaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.
Prosedur qaydalarına görə nazir avropalı deputatların ona ünvanladığı suallara cavab verib.

AzVision.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da öz növbəsində erməni nazirə yay sessiyasından fərqli olaraq bu dəfə çıxışının nisbətən qərəzsiz olduğunu vurğulayaraq aşağıdakı sualla müraciət edib: “Cənab nazir, yay sessiyasında qərəzli çıxışınızla əlaqədar mənim AŞPA sədrinə göndərdiyim etiraz məktubumu nəzərə alıb bu dəfə nisbətən balanslaşdırılmış çıxışınıza görə çox şadam. Nazirlər Komitəsinin sədri kimi azərbaycanlıların Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağdan kütləvi şəkildə zorla çıxarılmasına necə baxırsınız? Sizcə biz bu məsələni necə həll edə bilərik? Nədənsə Ermənistan tərəfi bu məsələ ilə bağlı cavabdan boyun qaçırır. Bu problem barədə nə düşünürsünüz?”.

Erməni naziri suala belə cavab verib: “Ötən sessiyadakı çıxışım sizi ona görə narazı saldı ki, mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində yaranmış real vəziyyətdən danışmışam. Çünki bu məsələdə doğrudan da Azərbaycan və Ermənistanın mövqeləri arasında müəyyən fərqlər vardır. Problemin həlli yolunun danışıqlarda vasitəçilik etmək üçün mandatları olan ABŞ, Rusiya və Fransa kimi həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin mövqeyinin nəzərə alınmasında görürük. Onlar isə bir neçə dəfə və bir çox yerlərdə yüksək səviyyədə, prezidentlər səviyyəsində bəyanatlar verərək, öz mövqelərini bildiriblər.


Teqlər:





Xəbər lenti