Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı

  16 Fevral 2018    Oxunub : 1094
Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı
Hollandiya parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanıyıb.
AzVision.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Hollandiya parlamentinin aşağı palatası iki qanun layihəsini təsdiq edib.

Layihələrdən birində 1915-ci il hadisələri “soyqırım” olaraq xarakterizə edilib. Digər layihəyə əsasən? hökumət aprelin 24-də İrəvanda keçiriləcək “soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərəcək.

Qeyd edək ki, koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən gündəmə gətirilən bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənirdi.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Hollandiya   Türkiyə