ARDNŞ Gürcüstana sərmayə yatırır

ARDNŞ Gürcüstana sərmayə yatırır
  01 Oktyabr 2013    Oxunub:1253
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzvü olduğu Gürcüstan Həmsərmayələşdirmə Fondunun təqdimat mərasimi keçirilib.
Mərasimdə Baş nazir Bidzina İvanişvili, Gürcüstan hökumətinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib.

Fonda Georgi Baçiaşvili rəhbərlik edəcəkdir. Burada 6 milyard dollar sərmayənin birləşəcəyi bildirildi.

Baş nazir Bidzina İvanişvili fondun hesabına artıq bir milyard dollar vəsaiti köçürüb. Qalan məbləğin isə “Rakia İnvestment” ərəb şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi, “Əhməd Çaliq İnvestment” Türkiyə şirkəti, Birləşmiş Ərəb Əmirliyinin “Dhabi qrup” şirkəti və Çinin “Suveren” fondunun keçirəcəkləri ehtimal olunur. Həmçinin bu işə qazaxıstanlı biznesmen Aleksey Maşkeviç və mərhum biznesmen Badri Patarkatsişvilinin ailəsinin də sərmayə yatıracaqları bildirildi.

Bidzina İvanişvili demişdir ki, bu layihə istənilən biznesmenin üzünə açıqdır. Onun şərhinə görə, fond ölkənin sosial-iqtisadi inkişafına yönəldiləcək, böyük və orta həcmli layihələrin maliyyələşdirilməsində iştirak edəcək.


Teqlər:





Xəbər lenti