1551 terrorçu öldürülüb, 2 kənd azad edilib - Afrindən son məlumat

1551 terrorçu öldürülüb, 2 kənd azad edilib - Afrindən son məlumat
  17 Fevral 2018    Oxunub:2845
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yaydığı məlumata əsasən, indiyədək Afrində 1551 terrorçu məhv edilib.

Uğurlu əməliyyat zamanı bu gün daha iki kənd PKK, PYD yaraqlılarından azad edilib. Ümumilikdə isə "Zeytun budağı" əməliyyatında 44 kənd, 17 strateji məntəqə terrorçulardan təmizlənib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya  



Xəbər lenti