1595 terrorçu öldürülüb - Afrindən son məlumat

  17 Fevral 2018    Oxunub : 1035
1595 terrorçu öldürülüb - Afrindən son məlumat
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yaydığı məlumata əsasən, indiyədək Afrində 1595 terrorçu məhv edilib.

Ümumilikdə isə "Zeytun budağı" əməliyyatında 44 kənd, 17 strateji məntəqə terrorçulardan təmizlənib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Afrin