Terrorçular bazara hücum etdi: 22 ölü, 28 yaralı

  17 Fevral 2018    Oxunub : 653
Terrorçular bazara hücum etdi: 22 ölü, 28 yaralı
Nigeriyada terrorçular bazara silahlı hücum edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 22 nəfər həlak olub, 28 nəfər yaralanıb. Belə ki, üç terrorçu-kamikadze bazara girərək üzərlərindəki partlayıcı qurğuları işə salıb.

Qeyd olunub ki, partlayış baş verən zaman bazarda çoxlu insan olub.

AzVision.az

Teqlər: Nigeriya   Terror