İsrailin müdafiə naziri erməni deputatları pərt edib

  17 Fevral 2018    Oxunub : 5064
İsrailin müdafiə naziri erməni deputatları pərt edib
Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin Təl-Əvivə səfəri uğursuz başa çatıb.
AzVision.az Virtualaz.org-a istinadən bildirir ki, dostluq qrupunun həmsədri, hakim Respublika Partiyasından olan deputat Qaqik Minasyan yerli KİV-ə İsrailin onları anlayışla qarşılamamasından şikayətlənib.

Qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri Aviqdor Liberman erməni deputatların Qarabağ haqda sualını cavablandırarkən, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.

AzVision.az

Teqlər: İsrail   Azərbaycan   Qarabağ   Ermənistan