“Sumqayıt” “Neftçi”dən üstün oldu

  17 Fevral 2018    Oxunub : 611
“Sumqayıt” “Neftçi”dən üstün oldu
Topaz Premyer Liqasının XVI turunda “Sumqayıt” klubu “Neftçi” ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda meydan sahibləri "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

"Sumqayıt"ın qollarını 13-cü dəqiqədə Tural Axundov, 17-ci dəqiqədə Amil Yunanov vurub.

Bu qələbə ilə “Sumqayıt” xallarının sayını 24-ə çatdıraraq dördüncü sırada qərarlaşıb. “Neftçi” isə 19 xalla beşinci pillədə yer alıb.

AzVision.az

Teqlər: Sumqayıt   Neftçi