66 nəfərin öldüyü təyyarə qəzasının səbəbi bilindi

66 nəfərin öldüyü təyyarə qəzasının səbəbi bilindi
  18 Fevral 2018    Oxunub:2145
İranda 66 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının ilkin səbəbləri məlum olub.
AzVision.az-ın məlumatına görə, “Aseman Airlines” şirkətinin nümayəndəsi bəyan edib ki, qəzaya əlverişsiz hava şəraiti və atmosfer prosesləri səbəb olub.

Şirkət rəsmisinin sözlərinə görə, qəza Yasuc şəhərindən 22 km aralıda baş verib. Nəticədə təyyarə Dena dağına çırpılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Tehrandan Yasuc şəhərinə uçan "Aseman Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub.

AzVision.az


Teqlər: İran   Təyyarə   Qəza  





Xəbər lenti