Sarkisyanın “bahalı” baş naziri: Xarici borc 7 milyarda çatdı

 Sarkisyanın “bahalı” baş naziri: Xarici borc 7 milyarda çatdı
  19 Fevral 2018    Oxunub:2883
Cari ilin yanvar ayında Ermənistanın xarici borcu 1 milyard 235 milyon dollar artaraq 7 milyarda çatıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hazırda Ermənistanın borcu 6 milyard 898 milyon dollar təşkil edir. Bu ölkənin xarici borcunun çoxalması Serj Sarksiyanın hakimiyyətdə olduğu dövrə təsadüf edir.

Qeyd edək ki, son 10 ildə Ermənistanın xarici borcu 2 milyarddan 7 milyard dollara çatıb. Maraqlıdır ki, ölkənin xarici borcun kəskin artması xüsusilə yeni baş nazir Karen Karapetyanın dövründə baş verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Xarici-Borc  





Xəbər lenti