Livan prezidenti Ermənistana səfər edəcək

Livan prezidenti Ermənistana səfər edəcək
  19 Fevral 2018    Oxunub:1226
Livan prezidenti Mişel Aunun başçılıq etdiyi nümayəndə heyəti fevralın 21-də Ermənistana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Livanın “Al-Joumhouria” qəzeti məlumat yayıb. Qeyd olunub ki, nümayəndə heyətinin tərkibinə daxili işlər naziri Nihad Maşnuk, xarici işlər naziri Cebran Bassil, sənaye naziri Hüseyn Əl-Hac Həsən, korrupsiyaya qarşı mübarizə üzrə dövlət naziri və bir sıra digər qurumların rəhbərləri daxil olacaq.

Səfər çərçivəsində M.Aun həmkarı Serj Sarkisyanla iqtisadi, siyasi əlaqələrin mövcud durumu və inkişafını, eləcə də regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Livan   Ermənistan  





Xəbər lenti