İrəvanda Rusiyanın bankına silahlı hücum olub

İrəvanda Rusiyanın bankına silahlı hücum olub
  19 Fevral 2018    Oxunub:4009
Ermənistan paytaxtı İrəvanda Rusiyaya məxsus “VTB Bank”ın filiallarından birinə silahlı hücum olub.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, məlumatı Ermənistan polisi təsdiqləyib.
Qurumun KİV-lə əlaqələr üzrə idarəsinin rəisi Edqar Canoyan bildirib ki, bankın Baqramyan prospekti 56 ünvanında yerləşən filialına hücum olub.

O, qeyd edib ki, hücumla bağlı siqnal idarəyə yerli vaxtla təxminən saat 16:00 radələrində daxil olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Bank   Rusiya  





Xəbər lenti