Afrində 1651 terrorçu öldürülüb

Afrində 1651 terrorçu öldürülüb
  20 Fevral 2018    Oxunub:1169
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatında bu günədək 1651 terrorçu zərərsizləşdirilib, 72 yaşayış məntəqəsi PKK,PYD yaraqlılarından azad edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya  





Xəbər lenti