"Bavariya" "Beşiktaş"a, "Barselona" "Çelsi"yə qarşı

  20 Fevral 2018    Oxunub : 770
"Bavariya" "Beşiktaş"a, "Barselona" "Çelsi"yə qarşı
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti iki qarşılaşma baş tutacaq.
AzVision.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubu Türkiyənin “Beşiktaş” klubunu qəbul edəcək.

Bu gecənin daha maraqlı bir oyunu isə Londonda keçiriləcək. Burada “Çelsi” klubu İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq.

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

23:45. “Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə)
23:45. “Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)


AzVision.az

Teqlər: Çempionlar-Liqası   Beşiktaş   Barselona