İrəvanda güclü partlayış olub

İrəvanda güclü partlayış olub
  20 Fevral 2018    Oxunub:1372
Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda güclü partlayış olub.
AzVision.az xəbər verir ki, Ermənistan FHN-nin yaydığı məlumata görə, saat 05:11 radələrində idarəyə Qruzinskaya küçəsi 10 ünvanında partlayışın baş verməsi barədə siqnal daxil olub.

Məlumatda qeyd olunub ki, binada yerləşən mənzillərdən birində partlayış olub. Partlayış nəticəsində 2, 3 və 4-cü mərtəbələrdə yerləşən mənzillərə, binanın həyətində park edilən 10 avtomobilə ziyan dəyib. Binada yaşayan sakinlər təxliyyə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İrəvan   Ermənistan   Partlayış  





Xəbər lenti