Ermənistandan Avropa Məhkəməsinə şikayətlər kəskin artıb

Ermənistandan Avropa Məhkəməsinə şikayətlər kəskin artıb
  20 Fevral 2018    Oxunub:1415
İnsan Haqları üzrə Avropa Məhkəməsinə Ermənistandan xeyli sayda müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri David Arutunyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Bu halın pis və ya yaxşı olduğunu deyə bilmərəm. İnsanları öz haqlarını qorumağa çalışırlar”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, əgər 2013-cü ildə Ermənistanla bağlı cəmi iki qərar var idisə, 2016-2017-ci illərdə bu qərarların sayı hər il üçün 27-yə çatıb.

Jurnalistlərin "Avropa Məhkəməsinə müraciətlərin sayının artması ölkədəki ədliyyə sisteminin pis olmasından xəbər vermirmi" sualına cavab verən nazir qeyd edib ki, keyfiyyət yaxşı ola bilər, lakin məğlub olan tərəf bir qayda olaraq məhkəmə qərarından narazı olur.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Ermənistan   Avropa-Məhkəməsi  





Xəbər lenti