II Qareginin qardaşı oğlu cinayətə əl atdı

II Qareginin qardaşı oğlu cinayətə əl atdı
  20 Fevral 2018    Oxunub:1463
Ötən gün Ermənistanın Armavir rayonunun Eçmiədzin şəhərində quldurluq hadisəsi baş verib.
AzVision.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, II Qareginin qardaşı oğlu Hamlet Nersisyan komanda yoldaşlarına şəhər sakini Rafael Mxitaryana hücum edərək, onu qaçırmağı göstəriş verib. Lakin Rafael dostlarını köməyə çağırmaqla hücum edənlərdən yaxa qurtara bilib.

Rafael Mxitaryanın bildirdiyinə görə, səbəb 3 milyon 200 min dram olub. Sonra o, Eçmiədzin polis şöbəsinə hadisə barədə məlumat verib. Onun dediyinə əsasən, bütün bu hadisələr Voskehat kəndində “Li Qaz” müəssisəsinə təxminən 10 min dollar sərmayə sərf etdikdən sonra baş verib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   II-Qaregin  





Xəbər lenti