Prokurorluq seçkiyə hazırdır

Prokurorluq seçkiyə hazırdır
  01 Oktyabr 2013    Oxunub:912
Zakir Qaralov seçkiyə hazırlıqdan danışıb
Oktyabrın 9-da Azərbaycan Respublikası Prezidentliyinə keçiriləcək seçkilərlə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi, seçki komissiyalarından vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olan cinayət əməlinin olması ehtimal edilən məlumatlara dərhal baxılması və cinayəti törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi işinin daha səmərəli həyata keçirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Bu barədə jurnalistlərə baş prokuror Zakir Qaralov məlumat verib. O bildirib ki, prokurorluq orqanları digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə seçki ərəfəsində və sonrakı mərhələlərdə də qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ölkəmiz üçün bu məsuliyyətli mərhələdə dövlətçiliyə qarşı yönəlmiş hər cür qəsdlərə qarşı barışmaz mübarizəni davam etdirəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti