Ən yaşlı təqaüdçülər Gədəbəydədir

Ən yaşlı təqaüdçülər Gədəbəydədir
  01 Oktyabr 2013    Oxunub:2214
“Ahıl pensiyaçıların ən çox yaşadığı rayon Gədəbəydir”.
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 1 oktyabr Beynəlxalq Ahılllar Gününə həsr olunan dəyirmi masada deyib. O bildirib ki, bu gün ahılların yaşam şəraitinin yaxşılardırılmasında onların gəlirləri, xüsusən pensiya gəlirləri əsas rol oynayır: “Amma bununla yanaşı, bizim apardığımız araşdırmalar göstərir ki, ayrı-ayrı sosial iqtisadi, ekoloji problemlər də insanların uzun ömürlülüyünə və normal yaşamasına təsir edir. Ayrı-ayrı bölgələrimiz üzrə həyata keçirdiyimiz tədqiqatlarımızın nəticələri göstərir ki, ahıl pensiyaçıların ən çox yaşadığı rayon Gədəbəydədir. Pensiyaçıların 40%-i 70 yaşdan yuxarıdır. İkinci və üçüncü yerləri Quba, Qusar və Qobustan rayonları tutur. Qubada 36, 4%, Qusar 36, 2%, Qobustanda isə 35 % göstəricilərdir. Burada ekoloji problemlər mən çox rol oynayan problemlər sırasındadır”.

S.Müslümovun sözlərinə görə, az göstəricilər işğal olunmuş rayonlardadır: “Xocalıdan olan pensiyaçıların yalnız 13 % ahıl yaşdadır, Cəbrayılda 18,6%, Şuşa, Xocavənddə onlardan fərqli olaraq 20 %-ə yaxın rəqəmdir. Daha sonra isə respublika tabeli şəhərlərdir - Naftalan (23,9%), Mingəçevir (21,4%), Lənkəran (25%). Ölkə üzrə bizim pensiyaçılarımızın 27-i %, yaşa görə pensiya alanlarımızın 40 %-i ahıl yaşda olanlardır”.

Dövlət Sosial Müdafiə Fondunun sədri onu da qeyd edib ki, Fondun əldə etdiyi gəlirlər bu ilin 9 ayı içərisində proqnozla nəzərdə tutulandan təqribən 120 milyon manat çoxdur: “Bu da onu göstərir ki bu gün artıq pensiyaların maliyyələşdiriməsi qrafiklə həyata keçirilir. Biz bütün pensiyaçıların pensiyalarını hər ay vaxtında ödəyirik. Bakı şəhərində hər ayın 10-a, qaçqın və məcburi köçkün rayonlarında 13-ə, digər tabeli şəhərlərdə 15-ə, digər yerlərdə 20-ə qədər ödəyə bilirik. Bütün pensiyaların ödənişini tamamilə avtomatlaşdırmışıq. Bütün pensiyaçılar plastik kartla təmin olunublar. Yerlədə 701 ədəd artıq bankomat quraşdırılıb”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti