"Zeytun budağı"nın bir ayı - Türkiyə nə əldə etdi?

  20 Fevral 2018    Oxunub : 1019
"Zeytun budağı"nın bir ayı - Türkiyə nə əldə etdi?
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun Afrində birgə keçirdiyi "Zeytun budağı" əməliyatının artıq bir ayı tamam olub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, PKK, PYD, YPG, İŞİD qruplaşmalarına qarşı keçirilən əməliyyatda indiyədək 1715 terrorçu zərərsizləşdirilib.
Geridə qalan bir ay ərzində havadan və qurudan terrorçulara sarsıdıcı zərbələr endirilib, PKK, PYD yaraqlılarının silah anbarları, sığınacaqları bombardman edilib.

Əməliyyatlar zamanı 61 kənd, 20 strateji məntəqə daxil olmaqla 89 mövqe terrorçulardan təmizlənib.



Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

AzVision.az

Teqlər: Suriya   Afrin   Zeytun-Budağı