Deputat:`Azərbaycanda Hepatit C sürətlə yayılır`

Deputat:`Azərbaycanda Hepatit C sürətlə yayılır`
  01 Oktyabr 2013    Oxunub:1086
Millət vəkili Qənirə Paşayeva Parlamentdə Hepatit C-nin yayılmasının artmasının qarşısının alınması və bu xəstələrə dəstək göstərilməsi istiqamətində dövlət proqramına ehtiyac olduğunu deyib.
Millət vəkili Qənirə Paşayeva Parlamentdə çıxışı zamanı bildirib: “Getdikcə Hepatit C virusu ilə xəstələnən insanların sayının artması bizi ciddi narahat etməlidir. Hepatit C ağır xəstəliklərin əsasını qoyur və müalicəsi çox çətin və bahalıdır. Hepatit C-yə yoluxan insanların bir çoxunun xəstəliklə mübarizə istiqamətində müalicə alma imkanları çox məhduddur. Hepatit C-nin getdikcə daha da artması bizi ciddi narahat etməklə bərabər, bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var.

Bu məsələni Parlamentdə və ya onun müvafiq komissiyalarında müzakirə edərək qanunverici orqan olaraq biz də müəyyən addımlar atmalıyıq deyə düşünürəm. Bu istiqamətdə xüsusi dövlət proqramının olmasına ciddi ehtiyac olduğunu bu xəstəlikdən əziyyət çəkən insanların müraciətləri zamanı görə bilirik. Hepatit C-yə qarşı mübarizədə bu xəstəliyə yoluxan insanların müalicəsinə dövlət dəstəyi qədər də, əhali arasında güclü maarifləndirmə və profilaktik tədbirlərin genişləndirilməsinə ehtiyac var. Bu tədbirlər bu virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacib məsələlərdən biridir. Bir sözlə, Hepatit C və onun artması bizi ciddi narahat etməli və bu istiqamətdə addımlarımızı daha da sürətləndirməliyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti