Xanım naziri XİN rəhbərinin yalanını üzə çıxardı

Xanım naziri XİN rəhbərinin yalanını üzə çıxardı
  21 Fevral 2018    Oxunub:1765
Ukraynanın təhsil naziri Liliya Qrineviç Macarıstanın xarici işlər naziri Peter Siyartonun macar icmasının təhsil haqqında qanunvericilik üzrə danışıqlara dəvət olunmaması haqda bəyanatını yalan adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

“Bizdə onların dəvətin olunmasına dair sübutlar var. Bundan əlavə, mənim bildiyimə görə, hətta məsləhətləşmələrə gəlməli olan şəxslərdən bəziləri Kiyevə bilet alıb. Lakin son anda hansısa səbəbdən qərar dəyişdirilib”, - deyə Qrineviç bildirib.

Qeyd edək ki, daha əvvəl Ukraynada olan macar icması sənədin Konstitusiya məhkəməsinə şikayət edildiyinə görə, yeni qaydaların tətbiqi ilə bağlı Kiyevlə məsləhətləşmələrdə iştirak etməkdən imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   Nazir   XİN   Macarıstan  





Xəbər lenti