Hürrü Əliyev Kılıçdaroğlunu Bakıya dəvət etdi

Hürrü Əliyev Kılıçdaroğlunu Bakıya dəvət etdi
  01 Oktyabr 2013    Oxunub:2639
Amac rəhbərliyi mühüm əlaqələr qurur
Məlum olduğu kimi, mərhum prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev və onun rəhbəri olduğu Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının Təşkilat Komitəsinin (AMAC) nümayəndə heyəti Türkiyədə səfərdədir. Türkiyədəki mənbədən verilən məlumata görə, Hürrü Əliyev qardaş ölkədə mühüm görüşlər həyata keçirib. Hürrü Əliyev və AMAC nümayəndələri bir zamanlar Türkiyəni Azərbaycanda və ABŞ-da səfir kimi təmsil etmiş məşhur diplomat, Türkiyənin ana müxalifət partiyası hesab olunan Cümhuriyyət Xalq Partiyasının sədr müavini Faruk Loğoğlu ilə görüşüb. Görüş zamanı Hürrü Əliyev partiyanın yaranması zərurəti barədə Faruk bəyə fikirlərini çatdırıb. Görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da tərəflər fikir mübadiləsi aparıb. Daha sonra Hürrü Əliyev Cümhuriyyət Xalq Partiyasının sədri, Türkiyə müxalifətinin lideri Kamal Kılıçdaroğlu ilə görüşüb. Təşkilat rəhbərlərinin təkbətək görüşündə Hürrü Əliyev iki qardaş ölkənin yaşadığı problemlərdən danışıb və ardından AMAC sədri Kılıçdaroğlunu keçirilməsi nəzərdə tutulan 1-ci təsis qurultayına da dəvət edib. Görüşdə Kamal Kılıçdaroğlu AMAC-a və onun rəhbərliyinə uğurlar diləyərək, əlaqələrin davamlı olacağında maraqlı olduqlarını da ifadə edib.

Sevinc


Teqlər:





Xəbər lenti