Rusiya kriminal avtoritetləri ölkədən qovur
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, deportasiya haqqında qərarı şəxsən daxili işlər naziri Vladimir Kolokoltsev verib.
Formal olaraq deportasiya Cinayət Məcəlləsi əsasında keçirilir. “Qanuni oğrular”ı ən çox dələduzluq, narkotik maddələrin saxlanması və satışına görə saxlayırlar.
Bildirilib ki, Hazırda “qanuni oğru” adı alan 318 nəfər azadlıqdadır. “Qanuni oğru”ların 114-ü həbs edilib, 31-i istintaq altında, 19-u isə axtarışdadır.
Rusiyada ən çox “qanuni oğru” Gürcüstan vətəndaşıdır - 242 nəfər. İkinci yerdə ruslar qərarlaşıb - 51. “Qanuni oğru” adı alan azərbaycanlıların sayı isə 16 nəfərdir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Rusiya Qanuni-oğru