Afrində 1780 terrorçu öldürülüb

Afrində 1780 terrorçu öldürülüb
  21 Fevral 2018    Oxunub:1229
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatında bu günədək 1780 terrorçu zərərsizləşdirilib. Qeyd olunub ki, təkcə ötən gün 65 PKK,PYD yaraqlısı məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya  





Xəbər lenti