Livan prezidenti Ermənistana gəlib

Livan prezidenti Ermənistana gəlib
  21 Fevral 2018    Oxunub:1582
Livan prezidenti Mişel Aun Ermənistana rəsmi səfərə gəlib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvan səfərində Livan prezidentini daxili işlər naziri Nihad Maşnuk, xarici işlər naziri Cebran Bassil, sənaye naziri Hüseyn Əl-Hac Həsən, korrupsiyaya qarşı mübarizə üzrə dövlət naziri və digər dövlət rəsmiləri müşayiət edir.

Səfər çərçivəsində M.Aun həmkarı Serj Sarkisyanla iqtisadi, siyasi əlaqələrin mövcud durumu və inkişafını, eləcə də regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Livan   Ermənistan   Səfər  





Xəbər lenti