Yol qəzasında sürücü öldü, iki nəfər yaralandı

Yol qəzasında sürücü öldü, iki nəfər yaralandı
  01 Oktyabr 2013    Oxunub:1071
Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 21.00 radələrində 1983-cü il təvəllüdlü Əliyev Elçin Sahib oğlunun idarə etdiyi «Mersedes-Benz E-230» markalı maşınla, 1959-cu il təvllüdlü Bakı sakini Babayev Mirzəağa Bəhmənmirzə oğlunun idarə etdiyi «Toyota-Prado» markalı maşın toqquşub.

Hadisə nəticəsində Əliyev Elçin Sahib oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Həmin avtomobilin sərnişinni 1981-ci il təvəllüdlü Əliyev İlham Bəxtiyar oğlu və digər maşının sürücüsü Babayev Mirzəağa Bəhmənmirzə oğlu müxtəlif bədən xəsarətləri alaraq, 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti