Əsədin silahlı dəstəsi Afrinə girdi - İDDİA

Əsədin silahlı dəstəsi Afrinə girdi - İDDİA
  22 Fevral 2018    Oxunub:2404
BBC telekanalı Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən silahlı qüvvələrin Afrinə daxil olması barədə məlumat yayıb.

AzVision.az xəbər verir ki, 500-dən çox silahlı şəxsin Afrinə girdiyi iddia edilir.
Suriyanın rəsmi dövlət agentliyi SANA və "Reuters" məlumatın doğru olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən gün Əsəd dəstəsi Nubul Zəhra bölgəsindən Afrinə keçib. 20-dən çox zirehli texnikanın olduğu kartej Afrin torpaqlarında irəliləməyə başlayıb. Türkiyə ordusu Əsəd tərəfdarlarına xəbərdarlıq atəşi açıb. Kürd silahlı dəstələri 10 kilometr geri çəkilərək Afrini tərk edib.

AzVision.az


Teqlər: Suriya   Afrin  





Xəbər lenti