Avroliqada ilk 1/8 finalçı məlum oldu

Avroliqada ilk 1/8 finalçı məlum oldu
  22 Fevral 2018    Oxunub:1703
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarına start verilib. Rusiyanın MOİK klubu doğma meydanda Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edib.
AzVision.az xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən oyun MOİK-in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə Rusiya təmsilçisi Avropa Liqasının 1/8 final mərhələsinə adlayıb.

Komandalar arasında Serbiyada keçirilən ilk qarşılaşma heç-heçə ilə nəticələnmişdi.

Qeyd edək ki, Avroliqada 1/8 finalın digər 15 iştirakçısı sabah müəyyənləşəcək.

AzVision.az


Teqlər: Avroliqa   UEFA   MOİK  





Xəbər lenti