Düşmən ordusu Qarabağda itki verdi

Düşmən ordusu Qarabağda itki verdi
  22 Fevral 2018    Oxunub:5106
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri ölüb.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, hadisə bu gün saat 09:40 radələrində baş verib.
Məlumata görə, 1998-ci il təvəllüdlü əsgər Qrigor Yeqoyanın meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti