Yeni fakültə yaradılacaq

Yeni fakültə yaradılacaq
  01 Oktyabr 2013    Oxunub:1069
2014-cü ildən etibarən kukla teatrı aktyoru sənəti üzrə mütəxəssis hazırlığının başlanması nəzərdə tutulur.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. Həmin ixtisasın ixtisaslaşması kimi kukla teatrı aktyoru sahəsində mütəxəssis hazırlığı da aparıla bilər.

Bunun üçün universitetdə müvafiq maddi-texniki baza yaradılmalı və digər təşkilati tədbirlər həyata keçirilməlidir.
Göstərilən sahəyə olan tələbat nəzərə alınaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müvafiq işlər artıq həyata keçirilir və 2014-cü ildən etibarən kukla teatrı aktyoru sənəti üzrə mütəxəssis hazırlığının başlanması nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti