Rusiyada böyük terror aktının qarşısı alındı

Rusiyada böyük terror aktının qarşısı alındı
  23 Fevral 2018    Oxunub:1632
Rusiyanın Sankt-Peterburq şəhərində terror aktının qarşısı alınıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, FTX-nın bu gün keçirdiyi əməliyyat zamanı şəhərin müxtəlif yerlərində terror aktı törətməyi planlaşdıran şəxs ələ keçirilib. Saxlanılan terrorçunun Orta Asiya ölkələrindən birinin vətəndaşı olduğu bildirilir.

AzVision.az


Teqlər: Rusiya   Terror  





Xəbər lenti