24 saatda 8 kənd terrorçulardan azad edilib

24 saatda 8 kənd terrorçulardan azad edilib
  23 Fevral 2018    Oxunub:1478
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı davam edir.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı məlumata görə, 24 saat ərzində 8 kənd terrorçulardan azad edilib.

İndiyədək Afrində 99 mövqe PKK, PYD, YPG, İŞİD yaraqlılarından təmizlənib, 1829 terrorçu məhv edilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Suriya   Afrin   PKK  





Xəbər lenti