Türkiyədən "erməni soyqırımı"nı tanıyan Hollandiyaya sərt etiraz

Türkiyədən "erməni soyqırımı"nı tanıyan Hollandiyaya sərt etiraz
  23 Fevral 2018    Oxunub:1637
Rəsmi Ankara 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan Hollandiyaya etirazını bildirib.
AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Hollandiya parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarını şiddətlə qınayıb.

XİN-in yaydığı məlumatda bildirilib ki, Hollandiya parlamentinin qərarı hüquqazidd və qəbulolunmazdır: "Bu, əsassız qərardır, rəsmi əhəmiyyəti yoxdur"

Qeyd edək ki, bu gün Hollandiya parlamentində 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qanun layihəsi səsverməyə çıxarılıb. Səsvermə nəticəsində qanun layihəsi qəbul olunub. Bununla Hollandiya parlamenti uydurma "erməni soyqırımı"nı rəsmən tanıyıb.

AzVision.az


Teqlər: Türkiyə   Soyqırım   Etiraz  





Xəbər lenti