Avroliqada 1/8 finalçılar bilindi - Bu gün püşk atılacaq

Avroliqada 1/8 finalçılar bilindi - Bu gün püşk atılacaq
  23 Fevral 2018    Oxunub:1700
Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, keçirilən 15 oyunla 1/8 finala yüksələn bütün komandalar müəyyənləşib.

"Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Borussia" (Dortmund, Almaniya), "Athletic" (Bilbao, İspaniya), "Atletico" (Madrid, İspaniya), "Marseille" (Fransa), MOİK (Moskva, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Lazio" (İtaliya), "Lokomotiv" Moskva, Rusiya), "Leipzig" (Almaniya), "Viktoriya" (Plzen, Çexiya), "Zalsburg" (Avstriya), "Sporting" (Portuqaliya), "Lyon" (Fransa), "Zenit" (Rusiya) klubları 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Püşatma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Bu mərhələnin oyunları martın 8-də və 15-də keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Avropa-Liqası  





Xəbər lenti