İranın müdafiə naziri: “Azərbaycanın bizim üçün xüsusi yeri var”

  23 Fevral 2018    Oxunub : 2501
İranın müdafiə naziri: “Azərbaycanın bizim üçün xüsusi yeri var”
İran qonşu ölkələrlə çox yaxşı əlaqələr qurmaq niyyətindədir, lakin Azərbaycanın İranın xarici diplomatiyasında xüsusi yeri var.
AzVision.az xəbər verir ki, bunu Azərbaycana iki günlük səfərinin yekunlarına dair İRNA-ya açıqlamasında İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmi bildirib.

"İran və Azərbaycan Xəzər hövzəsinin digər ölkələri ilə birgə dənizin təhlükəsizliyini dəstəkləməlidir. Bu istiqamətdə istənilən diqqətsizlik digərlərinin müdaxiləsi ilə nəticələnə bilər ki, bu, regionun təhlükəsizliyi üçün təhdid ola bilər”, - deyə Hatəmi vurğulayıb.

İranın müdafiə naziri eyni zamanda qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra hərbi, müdafiə və sənaye sahələrində əhəmiyyətli inkişafa nail olub: “Səfər zamanı Azərbaycanın baş naziri və müdafiə nazirləri ilə ikitərəfli maraqlara və əməkdaşlığın inkişaf etdirilməsinə dair səmərəli danışıqlar apardıq”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: İran   Müdafiə-Naziri   Azərbaycan