Türkiyə ordusu terrorçuların 40 avtomobilini məhv etdi - (VİDEO)

Türkiyə ordusu terrorçuların 40 avtomobilini məhv etdi - (VİDEO)
  23 Fevral 2018    Oxunub:3692
Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatının davam etdiyi Afrində terrorçulara məxsus 30-40 avtomobildən ibarət karvanı zərərsizləşdirib.

AzVision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, terrorçuların avtomobil karvanı Afrinə cənub-şərq istiqamətindən yaxınlaşıb.

Türkiyə ordusunun artilleriya hissələri PYD/PKK və İŞİD yaraqlılarının avtomobil karvanını Afrinə 15 kilometr qalmış darmadağın edib.

Xatırladaq ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: PKK   Türkiyə   Afrin  



Xəbər lenti