"Azercell"dən hər gün milyonlarla mahnı

  23 Fevral 2018    Oxunub : 441
"Azercell"dən hər gün milyonlarla mahnı
Ölkənin lider mobil operatoru Azercell Telekom özünün Azercell Plus xidmətləri çərçivəsində musiqisevərlər üçün Azercell Plus Musiqi xidmətini yenidən təkmilləşdirərək abunəçilərinin istifadəsinə təqdim edib. Artıq Azercell abunəçiləri xidmətini aylıq yox, günlük sifariş edə, 28 000 000 mahnı dinləyə, eləcə də, öz fərdi musiqi siyahılarını yarada bilərlər.
Xidmətə qoşulmaq üçün*701#YES kodunu yığmaq və SMS ilə gələn mobil əlavəni yükləmək kifayətdir ki, bu zaman abunəçi 7 gün ərzində Premium xidmətindən pulsuz istifadə imkanı qazanır. Azercell Plus Musiqi xidməti Google Play və AppStore sistemlərində Zvooq xidməti tərəfindən təmin olunur. Qeyd edək ki, xidmətin günlük abunə haqqı 0,25 qəpik təşkil edir. Zvooq xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.

Xidmətə Azercell Plus ilə qoşulmağın bir çox üstünlükləri var. Bunlar arasında xidmətdən günlük istifadə etmək imkanı, bu isə mobil xərclərə qənaət deməkdir, Azercell Müştəri Xidmətləri tərəfindən 24/7 tam dəstək, kartsız ödəniş imkanı və s.

Qeyd etmək lazımdır ki, Azercell Plus Musiqi xidmətində istənilən zövqə, əhval-ruhiyyəyə, eləcə də janrlara uyğun olan müxtəlif musiqi siyahıları cəmlənib. Bu xidmətin köməyilə abunəçilər öz zövqlərinə uyğun musiqi siyahılarını yükləyib sonradan onları istənilən qədər offlayn rejimdə dinləyə bilərlər.

Teqlər: #Azercell