Dopinq qalmaqalı: İdmançılarımızın medalları geri alına bilər

  23 Fevral 2018    Oxunub : 2282
Dopinq qalmaqalı: İdmançılarımızın medalları geri alına bilər
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Beynəlxalq AntiDopinq Agentliyinin (WADA) rəsmi qeydiyyata aldığı qurumdur. AMADA olimpiya oyunları və beynəlxalq yarışlarda iştirak edən idmançının qanında dopinq aşkarlayırsa, onun medalı geri alınmalıdır.
Bunu AzVision.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin mətbuat katibi Əzizə İsmayılova bildirib. Onun sözlərinə görə, AMADA tərəfindən qanında dopinq aşkarlanan idmançılardan medalı geri alınan olmayıb.

“Hələki belə bir hadisə yoxdur. Amma AMADA təsdiqlədiyi halda, əgər idmançı olimpiya oyunlarında qalib olubsa, medallar geri alınmalıdır. Bunun təsdiqlənməsi, medalın geri götürülməsi və nəticələrin ləğv edilməsi uzun çəkən prosesdir. Burada AMADA, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin qərarı nəzərə alınır. Hər üç qurumunun rəsmi cavabından sonra idmançının medalı əlindən alınır”.

Qeyd edək ki, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev, Kənan Cəlilov, güləşçi Ruhin Mikayılov, həndbolçu Səbinə Nuriyeva və atlet Yekaterina Sariyevanın dopinq testləri müsbət nəticələndiyi üçün bir müddət yarışlardan kənarlaşdırılıblar.

Aytən Zəhra
AzVision.az

Teqlər: AMADA   İdman   Medal   Dopinq