Ərdoğan Pentaqon rəsmisini əxlaqsız adlandırdı

Ərdoğan Pentaqon rəsmisini əxlaqsız adlandırdı
  23 Fevral 2018    Oxunub:2038
“Məni ən çox narahat edən mütəffiq olaraq görüdüyümüz, siyasi və hərbi sahədə dərin münasibətlərimizin olduğu ölkələrin göstərdiyi riyakarlıqdır”.

AzVision.az “Hüriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə əsassız və yalan bəyanatlar verib:

“Ay vicdansız, ay əxlaqsız, Suriyada Şərqi Qutada hər gün yüzlərlə qadının, uşağın, mülki şəxslərin qətlə yetirilməsindən narahat olmursunuz, terrorçulara qarşı aparılan mübarizə sizi narahat edir? Yalan və düzgün olmayan xəbər yayırsız. Əgər biz mülki vətəndaşlarla terrorçuları ayırmasaydıq, Afrində əməliyyat çoxdan bitmişdi. Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik? Əvvəl Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik, sonra Fərat çayının şərqini suriyalılar və Türkiyə üçün təhlükəsiz edəcəyik”.

Ərdoğan qeyd edib ki, Afrində keçirilən əməliyyatda 1873 terrorçu məhv edilib, 415 km ərazi nəzarətə alınıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ərdoğan   ABŞ   Afrin   Pentaqon  





Xəbər lenti