Oktyabrın 27-də qış vaxtına keçəcəyik

Oktyabrın 27-də qış vaxtına keçəcəyik
  01 Oktyabr 2013    Oxunub:1058
Oktyabrın 27-də Azərbaycan ərazisində qış vaxtına keçid həyata keçiriləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 27 oktyabr 2013-c2 il tarixində saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.


Teqlər:





Xəbər lenti