Ədalət Əsgəroğlu dəfn olundu

Ədalət Əsgəroğlu dəfn olundu
  01 Oktyabr 2013    Oxunub:1031
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu torpağa tapşırılıb.

Ə. Əsgəroğlu Xırdalan qəbiristanlığında dəfn olunub.

Ziyalıların, mədəniyyət xadimlərinin iştirak etdiyi mərasimdə mərhumun ruhuna dualar oxunub, yaxınlarına, doğmalarına başsağlığı verilib.

Ə. Əsgəroğlu gecə saatlarında insultdan dünyasını dəyişib.
Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçayda doğulub. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi vəzifəsində çalışırdı. “Özüm qürbətdə, gözüm vətəndə”, “Sabahını itirməyən adamlar”, "Məmləkətim, canım mənim...” və s. kitabların müəllifidir.

AzVision.az



Teqlər:  





Xəbər lenti